Yanvar-mart aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 mlrd. dollara yaxın olub

Yanvar-mart aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 mlrd. dollara yaxın olub
# 16 aprel 2015 12:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 mlrd. 812 mln. 135,27 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 18,61% azdır.

Bu ilin üç ayında idxal əməliyyatları 2 mlrd. 428 mln. 448,66 min dollar olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 37,66% çoxdur.

Belə ki, cari ilin yanvar-mart aylarında ölkənin ixrac əməliyyatları üzrə 3 mlrd. 383 mln. 686,61 min dollar olub ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 37,07% azdır.

Nəticədə 955 mln. 237,95 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 mlrd. 613 mln. 81,84 min manat və ya 3,78 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR