Azərbaycanda 25 hərbi qulluqçuya yeni verilmiş mənzillərin sənədləri təqdim olunub - FOTO

Azərbaycanda 25 hərbi qulluqçuya yeni verilmiş mənzillərin sənədləri təqdim olunub - <span style="color: red;">FOTO
# 16 noyabr 2013 14:07 (UTC +04:00)

Bakı – APA. Bu gün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 hərbi qulluqçuya yeni verilmiş mənzillərin sənədləri təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirib, zabitlərə və onların ailə üzvlərinə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb.

Nazirlikdən bildirilib ki, ötən müddət ərzində Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən 300-ə yaxın hərbi qulluqçu daimi, 400-dən çox hərbi qulluqçu isə xidməti mənzillə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR