Bank Of Baku

Şəkidə yaşayış evi yanıb

Şəkidə yaşayış evi yanıb
# 20 iyun 2019 09:05 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evi yanıb. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gecə saat 03.00 radələrində rayonun Baş Küngüt kəndində, kənd sakini Eynulla Şamil oğlu Əhmədova məxsus ümumi sahəsi 200 kv.m olan 5 otaqlı fərdi yaşayış evində yanğın baş verib. 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki  əşyalarla birlikdə tamamilə yanıb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.  
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR