Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri ilə bağlı qaydalar təsdiq edilib

Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri ilə bağlı qaydalar təsdiq edilib
# 02 oktyabr 2015 17:47 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təşkilini bu fərmanla təsdiq edilən Qaydalara uyğunlaşdırmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR