Nəqliyyat Nazirliyində Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunları zamanı nəqliyyat xidmətlərinin təşkili müzakirə olunub

Nəqliyyat Nazirliyində Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunları zamanı nəqliyyat xidmətlərinin təşkili müzakirə olunub
# 12 iyul 2013 11:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bakı şəhərində 2015-ci ildə keçiriləcək I Avropa Yay Olimpiya Oyunları zamanı nəqliyyat xidmətlərinin təşkilinə dair Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən cəlb edilmiş mütəxəssislərlə Nəqliyyat Nazirliyində görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə nəqliyyat nazirinin müavini Musa Pənahov I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə görülən işlər barədə məlumat verib, bu məqsədlə artıq Nəqliyyat Nazirliyində müvafiq İşçi Qrupun yaradıldığını və Tədbirlər Planının təsdiq edildiyini diqqətə çatdırıb.

Daha sonra Nəqliyyat Nazirliyinin müvafiq struktur bölmələrinin rəhbər işçilərinin və mütəxəssislərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə mütəxəssislər idman oyunlarının keçiriləcəyi yerlər barədə məlumatları və nəqliyyat xidmətlərinin təşkili ilə əlaqədar tövsiyələri əks etdirən təqdimatla çıxış edib, yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin təşkili üçün mütəmadi olaraq belə görüşlərin keçirilməsinin və işçi qaydada müzakirələrin təşkil edilməsinin vacibliyini vurğulayıb.

Görüş iştirakçıların həmçinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə səfəri təşkil olunub və mərkəzin texniki imkanları barədə ətraflı məlumat təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR