Berbatov “Monako”da çıxış edəcək - FOTO

Berbatov “Monako”da çıxış edəcək - <span style="color: red;">FOTO
# 01 fevral 2014 10:50 (UTC +04:00)

Bakı – APA. Məşhur bolqarıstanlı hücumçu Dimitr Berbatov karyerasını Fransa çempionatında davam etdirəcək.

Apasport.az klub saytına istinadən xəbər verir ki, “Monako” 33 yaşlı forvardı heyətinə qatıb.

Hazırda “Fulhem”in müqaviləli futbolçusu olan Berbatov mövsüm sonuna qədər icarə əsasında yeni komandasında çıxış edəcək. O, Fransa klubunda 15 nömrəli formanı geyəcək.

Qeyd edək ki, Berbatov 2012-ci ildə digər İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Yunayted”dən “Fulhem”ə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR