KXCP Müsavat Partiyasının müttəfiqlik təklifini qəbul etməyib

KXCP Müsavat Partiyasının müttəfiqlik təklifini qəbul etməyib
# 14 yanvar 2014 08:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Müsavat Partiyasının iki təşkilat arasında müttəfiqlik sazişinin imzalanması barədə təklifini qəbul etməyib.

Bunu APA-ya açıqlamasında KXCP Ali Məclisinin sədri Bəybala Əbil söyləyib.

KXCP İdarə Heyətinin dünən keçirilən toplantısında belə qərara gəlinib ki, ayrılıqda hər hansı partiya ilə müttəfiqlik sazişi imzalanmasın. B.Əbil deyib ki, KXCP partiya Ali Məclisinin qərarlarına uyğun olaraq bundan sonra da mövcud qurumlar - Milli Şura və Demokratik Qüvvələr Birliyi çərçivəsində əməkdaşlığı genişləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR