Lənkəranda 61 ədəd tank əleyhinə mina zərərsizləşdirilib - FOTOSESSİYA - VİDEO

Lənkəranda 61 ədəd tank əleyhinə mina zərərsizləşdirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 aprel 2014 13:37 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, sovetlər vaxtında tank batalyonunun poliqonu kimi istifadə olunan ərazidə son aylarda bir neçə dəfə işlək vəziyyətdə olan hərbi sursatın, əsasən də tank əleyhinə minaların aşkarlanması ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin respublika Nazirlər Kabinetinə müraciətindən sonra tapılan 200-ə qədər minanın təhlükəli və böyük olduğu sübuta yetirilib.

Bu gün isə aşkarlanmış daha 61 ədəd tank əleyhinə mina təhlükəsizlik tədbirləri çərçivəsində mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

ANAMA-nın mütəxəssisi Böyükağa Haqverdiyevin sözlərinə görə, dəniz suyunun altında qalan minaların yerlərini təsbit etmək üçün agentlik tərəfindən xüsusi olaraq dalğıclar da bu əməliyyata cəlb olunub. Onun qənaətincə, dəniz səviyyəsinin son 20 ildə qalxması nəticəsində ərazidə olan iki sovetdən qalma sursat anbarının suyun altında qalması təmizləmə əməliyyatını çətinləşdirdiyindən əməliyyat müddəti hələ bir neçə ay da uzana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR