Tovuz sakini həmyerlisini bıçaqlayıb

Tovuz sakini həmyerlisini bıçaqlayıb
# 05 oktyabr 2015 14:51 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü A.A. mübahisə etdiyi tanışı, 1991-ci il təvəllüdlü Mahmud Məstanovu bıçaqlayıb. Yaralı qarnın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən gəncin vəziyyətinin orta ağır olduğu bildirilir.


Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR