Azərbaycanda avtomobil istehsalı 5 dəfə artıb

Azərbaycanda avtomobil istehsalı 5 dəfə artıb
# 17 noyabr 2014 09:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 313,9 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 6% azalma, avtomobil və qoşquların istehsalında 58%, nəqliyyat vasitələrinin istehsalında isə 3,4 dəfə artım müşahidə olunub.

Belə ki, bu ilin 10 ayında Azərbaycanda 1 840 ədəd minik avtomobili istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Nəticədə bu ilin noyabrın 1-nə 316 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu müddət ərzində ölkədə 220 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,8% artım deməkdir.

Bu il ərzində ölkədə kotan istehsalı 40,5% artaraq 927 ədəd, traktor istehsalı isə 2,1 dəfə artaraq 1 083 ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR