Bakının Yasamal rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.
APA-nın məlumatına görə, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Əlavə məlumat veriləcək.
***
16:16
Bakıda ağaclıq ərazidə baş verən yanğın lokallaşdırılıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində yanğının hadisə yerinin yaxınlığında yerləşən yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğın barədə Fövqəladə Hallar Nazirliyi də xəbər yayıb.
Xəbərdə bildirilir ki, Bakının Yasamal rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub.
İlkin məlumata görə, təxminən 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
16.07
Bakıda ağaclıq yanır.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda, Nəriman Nərimanovun heykəlinin yaxınlığında qeydə alınıb. Ağaclıq ərazidə baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.