Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - <span style="color: red;">FOTO
# 19 iyun 2014 11:42 (UTC +04:00)

Bakı. Fərahim Qasımov - APA. Bakıda yol qəzası baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Rayonlardan paytaxta tərəvəz məhsulları daşıyan “QAZel” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə bir nəfər yüngül xəsarət alıb.

Hazırda dövlət yol polisi əməkdaşları hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR