Tiflisdə “Şərq Tərəfdaşlığı”: Vilnüs sammitindən sonra yol” adlı yekun konfransı keçirilir - FOTO

Tiflisdə “Şərq Tərəfdaşlığı”: Vilnüs sammitindən sonra yol” adlı yekun konfransı keçirilir - <span style="color: red;">FOTO
# 09 dekabr 2013 10:13 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidentinin təşəbbüsü ilə Tiflisdə Vülnüs sammiti ilə bağlı “Şərq Tərəfdaşlığı”: Vilnüs sammitindən sonra yol” adlı konfrans işə başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan parlamentinin sədri David Usupaşvili açaraq, tədbir iştirakçılarını və sabiq parlament sədri, görkəmli siyasətçi Zurab Jvaniyanın ailəsini salamlayıb. O, Avropaya inteqrasiya və Avropa yolu seçimində xalqa heç nəyin mane olmayacağını bildirib.

Baş nazir İrakli Qaribaşvili çıxışında 2014-cü ilin sentyabr ayında Avropa Birliyi ilə assosiativ sazişin imzalanacağını bildirib: “Biz hesab edirik ki, demokratiyanın inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının çiçəklənməsi, regionun təhlükəsizliyinin təmin edilməsi və stabillik istiqaməti bütün tərəfdaşlar üçün müsbət olacaq. Ümidvaram ki, Avropa Birliyi münaqişələrin sülh yolu ilə həlli prosesini daha da fəallaşdıracaq. Biz ümumi Avropa dəyərlərini dəstəkləməyə hazırıq. Ölkəmiz Avropaya və avroatlantik məkana inteqrasiya etmək üçün demokratik inkişaf kursunu ardıcıl olaraq həyata keçirir.”

Sonra tədbirdə Avropa Birliyinin Gürcüstandakı səfiri Filip Dimitrov, Konrad Adenauer Fondunun Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Canan Atilqan çıxış edib. Sonra konfrans nümayəndələri sabiq parlament sədri Zurab Jvaniyanın Avropaya inteqrasiya və Gürcüstanda demokratik islahatlar barədə video-çıxışını dinləyiblər.

Tədbirdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili çıxış edib.

Tədbirdə Gürcüstanın dövlət və hökumət nümayəndələri, parlamentin deputatları, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq ekspertlər, digər rəsmi şəxslər iştirak edir.

Konfransdan sonra mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR