«AccessBank» xaricdən irihəcmli kredit cəlb edib

«AccessBank» xaricdən irihəcmli kredit cəlb edib
# 25 iyul 2013 08:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın «AccessBank» QSC-yə 5 il müddətinə 50 mln. ABŞ dolları məbləğində kredit ayırıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu kreditin məqsədi Azərbaycanın kənd ərazilərində mikro, kiçik və orta müəssisələrin, xüsusilə kənd təsərrüfatı müəssisələrinin və fermerlərin kreditləşdirilməsi ilə əlaqədar bankın fəaliyyətini dəstəkləməkdən ibarətdir.

ADB öz növbəsində bildirir ki, bu kredit həmçinin digər Azərbaycan bankları üçün müvafiq imkandan istifadə üçün yol açacaq. Eyni zamanda, ADB-nin əsas mandatı aşağı gəlir səviyyəli regionların inkişafıdır və bu baxımdan kənd təsərrüfatı müəssisələrinin maliyyələşdirilməsi böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), KfW və Almaniyanın məsləhətçilik şirkəti olan «LFS Financial Systems» (LFS) tərəfindən yaradılıb. «AccessBank»ın 37 filialı fəaliyyət göstərir və burada ümumilikdə 1 565 nəfər əməkdaş çalışır. «Fitch Ratings» agentliyi «Accessbank»ı «BB+» reytinqi ilə təltif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR