Cəbrayıl rayonunun ermənilər tərəfindən işğalının 20 illiyi ilə bağlı anım mərasimi keçirilib - FOTO

Cəbrayıl rayonunun ermənilər tərəfindən işğalının 20 illiyi ilə bağlı anım mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 23 avqust 2013 10:00 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın Cəbrayıl rayonunun ermənilər tərəfindən işğal edilməsinin 20 illiyi ilə bağlı anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, Şəhidlər xiyabanını ziyarət edən mərasim iştirakçıları daha sonra tədbir keçirilən Akademik Milli Dram Teatrın foyesində yaradılan foto-sərgi ilə tanış olublar. Sərgidə Cəbrayıl rayonunun işğaldan öncə və sonra, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti, dövlətin məcburi köçkünlərin sosial və məskunlaşma vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü işləri əks etdirən fotolar nümayiş olunub.

Sonra Cəbrayıl rayonuna həsr olunan sənədli-bədii film təqdim edilib.

Mərasimi giriş sözü ilə açan Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev bildirib ki, Azərbaycan gəncləri torpaqları işğaldan azad etmək üçün ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazırdır: “Erməni xalqına, Sarkisyana və digərlərinə müraciət edərək deyirəm ki, qanlı əllərinizi Azərbaycan xalqının və torpaqlarının üzərindən çəkin”.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, bu problemlərin özəlliklərinin daha geniş miqyasda beynəlxalq aləmə çatdırılmasının vacibliyindən danışıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR