2016-cı ildə “Avropanın Gənclər paytaxtı”na Gəncənin də namizədliyi irəli sürülüb

2016-cı ildə “Avropanın Gənclər paytaxtı”na Gəncənin də namizədliyi irəli sürülüb
# 12 noyabr 2013 14:07 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "2016-cı ildə “Avropanın Gənclər paytaxtı”na Gəncə şəhərinin də namizədliyi irəli sürülüb”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Məmmədov deyib.

O bildirib ki, hazırda “Avropanın Gənclər paytaxtı” Sloveniyanın Maribor, 2014-cü ildə isə Yunanıstanın Saloniki şəhərinin Gənclər paytaxtı seçilməsi ilə bağlı müxtəlif tədbirlər keçiriləcək: “2016-cı ildə isə bu seçimlərə Azərbaycanın Gəncə şəhəri də öz namizədliyini verib. Təbii ki, orada bir sıra başqa Avropa şəhərləri də var. Biz inanırıq ki, Gəncə bu mübarizədə qalib gələcək. Nəticələr isə noyabr ayında bəlli olacaq”.

İ.Məmmədov onu da əlavə edib ki, Gəncənin burada böyük şansı var, çünki son illərdə bu şəhərdə xeyli işlərin görülməsi, Gənclər Təşkilatının fəal işləməsi, Avropada çoxsaylı qonaqların olması, şəhərdə geniş abadlıq və quruculuq işlərinin aparılması buna zəmin yaradır: “Xarici ölkələrinin səfirlikləri, diplomatik nümayəndəliklər də bunu yüksək qiymətləndirirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR