Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, güclü külək əsəcək, temperatur düşəcək - YENİLƏNİB - VİDEO

Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, güclü külək əsəcək, temperatur düşəcək - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 10:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı və Abşeron yarımadasında iyunun 28-də havanın az buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Axşama doğru mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 20-24, gündüz 30-35, yarımadanın bəzi yerlərində 37 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərda arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq da yayıb.

Xəbərdarlıq bildirilir ki, Bakı və Abşeron yarımadasında iyunun 28-dən 29-na keçən gecədən başlayaraq şimal-qərb küləyinin güclənəcəyi, iyunun 29-u axşam və iyunun 30-da daha güclü olacağı gözlənilir. İyunun 30-da gecə və səhər saatlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, iyunun 30-da 24-29 dərəcə isti təşkil edəcəyi, güclü küləkli hava şəraitinin iyulun 1-i gündüzədək davam edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 28-i günün ikinci yarısından başlayaraq qərb, şimal-qərb küləyinin güclənəcəyi, bəzi Kür vadisi rayonlarda isə daha da güclü olacağı gözlənilir. Gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək. Güclü küləkli hava şəraiti iyulun 1-dək davam edəcək.

***

saat 11.28

Bakı. Hafiz Heydərov - APA. İyunun 28-dən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, iyunun 28-dən 29-na keçən gecədən başlayaraq Bakıda və rayonlarda güclü külək müşahidə olunacaq, havanın temperaturu düşəcək.

Qeyd edək ki, güclü küləklə əlaqədar bir sıra dövlət qurumlarına xəbərdarlıq da olunub. Belə ki, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yaydığı məlumata görə, iyunun 28-də Bakıda küləyin güclənəcəyi ilə əlaqədar dövlət bayrağı hava sabitləşənədək endiriləcək.

Məlumatda həmçinin bildirilir ki, bu qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatı əsasında qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR