Culfada ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Culfada ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 8 nəfər yaralanıb
# 04 oktyabr 2013 11:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, hadisə oktyabrın 3-də yerli vaxtla saat 13:40-da Culfa-Mərənd magistralının 7 kilometrliyində olub.

Dizel yanacağı daşıyan tankerlə 4 avtomobil toqquşub. Nəticədə güclü partlayışla müşahidə olunan yanğın başlayıb. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Onlardan ikisi aldıqları yanğın xəsarətlərindən həyatlarını itiriblər. Yaralılar Hadişəhr, Culfa və Mərənd şəhərinin xəstəxanalarına qaldırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR