«Azərikimya» İB-də iki yeni qurğu istismara verilib - FOTO

«Azərikimya» İB-də iki yeni qurğu istismara verilib - <span style="color: red;">FOTO
# 21 may 2013 16:59 (UTC +04:00)

Bakı-APA-Economics. Bu gün ARDNŞ-nin “Azərikimya” İB Etilen-polietilen zavodunda Azot-oksigen qurğusu və Susoyutma kompleksi istismara verilib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, eləcə də Şirkət rəhbərliyinin nümayəndələri iştirak edib.


Tədbirdə bildirilib ki, yeni Azot-oksigen qurğusu 1987-ci ildən istismarda olan köhnə qurğudan qənaətli enerji sərfi, texnoloji sxeminin müasir tələb və standartlar səviyyəsində qurulması, idarəetmənin avtomatlaşdırılaraq kompüter sistemi üzrə aparılması ilə, xüsusilə də ekoloji təmizliyi və xidmət personalının az olması ilə seçilir. Qurğunun əsas funksiyasına Etilen-polietilen zavodunun azot və oksigenə olan tələbatının ödənilməsi daxildir. Qeyd olunub ki, yeni qurğuların istifadəyə verilməsi ilə Etilen-polietilen zavodunun istehsalat sahələrinin - «EP-300» və «Polimir-120» komplekslərinin daha səmərəli, stabil və etibarlı fəaliyyəti təmin ediləcək.


1988-ci ildən istismarda olan, müasir istehsalat tələblərinə cavab verməyən müvafiq qurğunun əvəzində inşa edilmiş yeni Susoyutma kompleksinin sahəsi 1600 kvadrat metr təşkil edir. Kompleks, tutumu 3000 ton olan susoyutma hovuzu, avtomatika və kompüter sistemi ilə idarə olunan ventilyasiya qurğuları, diffuzor sistemi, ingibitor bölməsi və digər sahələrdən ibarətdir. ARDNŞ-nin “Neftqaztikinti” Tresti tərəfindən inşa edilmiş susoyutma kompleksi bir saat ərzində müəssisənin “EP-300” kompleksi üçün 21 min kubmetr həcmində dövri suyun soyudulmasını təmin edəcək. Kompleksin istismarı zamanı hovuz daxilindəki avadanlıqların korroziyaya uğramaması məqsədilə həmin sahəyə daxil olan konstruksiyalar və qovşaqlar paslanmayan metaldan və FRP tipli bərk, davamlı plastik materiallardan hazırlanmış, dövri istehsalat sularının nəqli üçün Sumqayıt istehsalı olan kompozit borulardan istifadə edilib.

Kompleksin texnoloji avadanlıqları Fransanın “HAMON Ther¬mal Europe” şirkəti tərəfindən hazırlanıb, Nəzarət Ölçü Cihazlarının, avtomatika və elektrik sistemlərinin quraşdırılma-sazlanma işləri fransız mütəxəssislərin iştirakı ilə həyata keçirilib. «Yeni qurğuların istifadəyə verilməsi ilə Etilen-polietilen zavodunun hər iki istehsalat sahəsinin - “EP-300” və “Polimir-120” komplekslərinin daha səmərəli, stabil və etibarlı fəaliyyəti təmin ediləcək»-deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR