Vətəndaş Həmrəyliyi Partiyasının saytı dağıdılıb

Vətəndaş Həmrəyliyi Partiyasının saytı dağıdılıb
# 16 iyun 2014 10:41 (UTC +04:00)

VHP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hələlik bəlli olmayan ünvandan hücum edən hakerlər sosial şəbəkələrdə müxtəlif ictimai-siyasi xadimlərin ünvanına VHP sədri Sabir Rüstəmxanlı və partiya funksioneri adından müraciətlər göndərir, onun haqqında guya açıqlama verildiyini bildirməklə Vhpress.az saytını açmasını xahiş edirlər. Saytın açılması zamanı parol istənilir və parol yazılarkən həmin şəxsin bütün elektron ünvanı və “Facebook” profili ələ keçirilir.

Partiyanın mətbuat xidmətindən qeyd ediblər ki, iki gündür partiya sədri də daxil olmaqla VHP funksionerlərinin elektron ünvanlarına, sosial şəbəkədəki profillərinə də hücumlar təşkil edilir. Həmçinin partiyanın rəsmi saytı olan Vhp.az saytı da hakerlərin hücumu ilə dağıdılıb.

Hazırda Vhpress.az-ın fəaliyyəti dayandırılıb və mütəxəssislər bu problemi aradan qaldırmayana qədər sayt fəaliyyət göstərməyəcək: “İctimai-siyasi xadimlərdən və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, VHP sədri və ya funksionerləri adından sizə göndərilən hər hansı linkə daxil olmayın və belə bir bildiriş aldığınız təqdirdə, dərhal təhlükəsizlik tədbirlərini həyata keçirin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR