Bakıda avtomobil qadın piyadanı vuraraq öldürüb

Bakıda avtomobil qadın piyadanı vuraraq öldürüb
# 04 dekabr 2013 09:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Nobel prospektindəki şadlıq sarayının qarşısında qeydə alınıb.

1987-ci il təvəllüdlü Yusif Ədalət oğlu Cəfərovun idarə etdiyi 10-SN-204 dövlət nömrə nişanlı “VAZ 21- 04” markalı avtomobil yolu keçən Osipova Tatyananı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR