Çində ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 35 nəfər yaralanıb

Çində ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 35 nəfər yaralanıb
# 27 dekabr 2013 02:56 (UTC +04:00)

Bakı-APA. Çinin Luçjou şəhərindəki ticarət mərkəzində yanğınla nəticələnən güclü partlayış nəticəsində 4 nəfər ölüb, 35 nəfər yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

İnsident ötən gün 18.30 radələrində baş verib. Hadisə yerinə cəlb olunmuş 28 yanğınsöndürmə briqadası yanğının söndürülməsinə 5 saat vaxt sərf edib.

İlkin versiyaya görə, yanğına səbəb binanın birinci mərtəbəsində qaz sızması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR