Apreldə BTC ilə nəql olunan Azərbaycan neftin həcmi 2% artıb

Apreldə BTC ilə nəql olunan Azərbaycan neftin həcmi 2% artıb
# 09 may 2014 08:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 470 065 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən eyni dövrü ilə müqayisədə 1,7% çoxdur.

Bu ilin yanvar-aprel aylarında bu kəmərlə 9 474 129 ton neft ötürülüb ki, bu ötən ilin analoji dövrü ilə 3% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il may ayının 1-ə qədər BTC-yə 244 615 722 ton neft vurulub. Bundan başqa, bu ilin aprel ayında BTC kəməri ilə ümumilikdə 414 052 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR