Bolqarıstanda QDİƏT XİN başçıları Şurasının iclası keçiriləcək

Bolqarıstanda QDİƏT XİN başçıları Şurasının iclası keçiriləcək
# 11 iyun 2014 08:31 (UTC +04:00)


Bakı. Anaxanım Hidayətova – APA. İyunun 19-da Bolqarıstanın Varna şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının XXX iclası keçiriləcək.

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə infrastruktur layihələrin reallaşmasına quruma üzv ölkələrin fəallığının artırılması, habelə perspektivdə duran məsələlər müzakirə ediləcək.

XİN başçıları nəqliyyat və idman nazirlərinin görüşləri zamanı əldə olunmuş anlaşmaları nəzərdən keçirəcəklər və Bolqarıstanın QDİƏT–də sədrliyinə qiymət verəcəklər.

Tərəflər əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR