Edvard Nalbandyan: “Ermənistan Ukraynadakı böhranın sülh yolu ilə həllinə tərəfdardır”

Edvard Nalbandyan: “Ermənistan Ukraynadakı böhranın sülh yolu ilə həllinə tərəfdardır”
# 18 mart 2014 07:25 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla rəsmi İrəvanın Krımdakı referendumdan sonra Ukraynadakı proseslərə dair mövqeyini şərh edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan çıxış edib.

O qeyd edib ki, ölkəsi Ukraynadakı börhanın beynəlxalq hüquq əsasında, danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Ukraynadakı böhranın Qarabağ nizamlanmasına təsirinə gəldikdə isə E.Nalbandyan qeyd edib ki, Ermənistan Qarabağ probleminin ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında sülh və ədalətli həllinə, Dağlıq Qarabağda yaşayan əhalinin öz torpağında yaşamaq hüququnun təmin edilməsinə tərəfdardır.

“Həmsədr ölkələrlə birgə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərimizi davam etdirəcəyik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR