Yevlaxda "Mercedes" markalı minik avtomobili yanıb

Yevlaxda "Mercedes" markalı minik avtomobili yanıb
# 19 iyun 2014 21:16 (UTC +04:00)

Bakı-APA. Yevlaxda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobildə baş verib. Nəticədə, avtomobilin yanar hissələri və ətrafında 40 kv.m sahədə quru ot, kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR