“AXA MBASK” rəqəmsal sığorta haqqı qəbulu proqramını işə salıb

“AXA MBASK” rəqəmsal sığorta haqqı qəbulu proqramını işə salıb
# 01 aprel 2014 13:30 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın “AXA MBASK” sığorta şirkəti agentlərin çalışma üsullarının tətbiqində daha bir addım kimi yeni rəqəmsal sığorta haqqı qəbulu proqramını işə salıb.

Sığorta şirkətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın sığorta bazarında ilk dəfə olaraq sığorta agenti ödənişləri rəqəmsal şəkildə həyata keçiriləcək.

Bu sistem sayəsində vahid “online” uçot bazasında baş ofis və agentlər uçot əməliyyatlarını, xüsusilə də sığorta haqlarının sığortalılardan qəbul edilməsi, baş ofisə (sığortaçıya) ötürülməsi, komissiya aktlarının hazırlanması, o cümlədən maliyyə-uçot hesabatlarının avtomatlaşdırılması təmin edilib. Beləliklə, vahid uçot bazasında “AXA MBASK” və agentləri eyni ofisdə işlər kimi fəaliyyət göstərəcəklər. Müştərilərdən alınan sığorta haqları rəqəmsal rejimdə qeydiyyata (uçota) alındığı üçün agentlər heç bir “manual” iş görməyəcəklər və hesabatları real vaxtda “online” edəcəklər. Nəticədə “AXA MBASK” agentləri “manual” hesabat hazırlanmasına vaxt sərf etməyəcək, bu səbəbdən də müştəriyə keyfiyyətli xidmətin göstərilməsinə və satışın artımına daha çox vaxt ayıracaq.

“AXA MBASK” sığorta şirkəti bu layihəni “işləməsi asan olan sığorta şirkəti” strategiyasına uyğun olaraq hazırlayıb və gələcəkdə də agentlərin asan sistemdə işləməsi üçün layihələrini davam etdirəcək.

Xatırladaq ki, “AXA MBASK” SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb. Belə sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb. Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində “İlin sığorta şirkəti” kimi altı beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR