Azərbaycan ərazisində qeyri-sabit, arabir yağışlı və küləkli hava şəraiti gözlənilir

Azərbaycan ərazisində qeyri-sabit, arabir yağışlı və küləkli hava şəraiti gözlənilir
# 27 sentyabr 2013 10:12 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 15-18, günün birinci yarısında 21-25, axşama doğru 14-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 28-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 29-dək respublikanın rayonlarında qeyri-sabit, arabir yağışlı və küləkli hava şəraiti gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün, o cümlədən, mərkəzi-aran rayonlarında pambığın yetişməsi üçün kifayət qədər olacaq. Küləkli hava şəraiti bəzən pambığın yığımı və qurudulması, üzümün, meyvə və bostan bitkilərində məhsul yığımını, çoxillik otların biçini və yağıntılarla birgə bəzən səpiləcək payızlıq dənli bitkilər üçün nəzərdə tutulan tarlalarda səpinqabağı işlərin aparılmasını çətinləşdirəcək. Bəzi rayonlarda gözlənilən yağıntılar torpağın su təminatının yaxşılaşdırılması və məhsuldar su ehtiyatlarının toplanması üçün əlverişli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR