«Akkord» Korporasiyası korporativ istiqrazların ikinci emissiyasını tam yerləşdirib

«Akkord» Korporasiyası korporativ istiqrazların ikinci emissiyasını tam yerləşdirib
# 04 fevral 2014 08:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Akkord» Korporasiyası məcmu nominal dəyəri 50 mln. manat olan korporativ istiqrazlarının ikinci emissiyasının yerləşdirilməsini başa çatdırıb. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat, ümumi sayı 50 min ədəd, gəlirliyi illik 11,75% təşkil edən istiqrazlar dövriyyəyə buraxılıb.

«Akkord»dan «APA-Economics»ə verilən məlumata görə, yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçirilmiş istiqrazların 15 mini «AtaBank» ASC, 35 mini isə Azərbaycan Beynəlxalq Bankı tərəfindən alınıb.

Dövriyyə müddəti 3 il olan bu istiqraz emissiyasının yerləşdirilməsində marketmeyker qismində Azərbaycan Beynəlxalq Bankı çıxış edib.

Xatırladaq ki, «Akkord» Korporasiyası tərəfindən istiqrazların ilk emissiyası 2010-cu ildə həyata keçirilib. Birinci emissiyada hər birinin nominal dəyəri 1 000 manat, məcmu nominal dəyəri 50 mln. manat, gəlirliyi isə illik 12,5% təşkil edən 50 min ədəd istiqraz buraxılıb. Həmin istiqrazların yerləşdirilməsi də uğurla həyata keçirilib və dövriyyə müddəti 3 il təşkil edən istiqrazların dəyəri 2013-cü ilin noyabr ayında «Akkord» Korporasiyası tərəfindən tam ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR