Masallıda III Beynəlxalq Folklor Festivalı başa çatıb - FOTOSESSİYA

Masallıda III Beynəlxalq Folklor Festivalı başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 16 iyun 2014 15:27 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallıda üç gün davam edən III Beynəlxalq Folklor Festivalı başa çatıb.

APA-nın cənub bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın yekun konserti şəhərin Heydər Əliyev meydanında baş tutub.

Öncə III Beynəlxalq Folklor Festivalında iştirak edən Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litva nümayəndələrinin təltifetmə mərasimi olub. Təmsil etdikləri ölkələrin milli adət və ənənələrini özündə əks etdirən maraqlı musiqi nömrələri ilə festivalı rövnəqləndirən folklor qruplarına diplomlar və qiymətli hədiyyələr, o cümlədən Azərbaycanın simvollarını özündə əks etdirən suvenirlər verilib. Qonaqlar ölkəmizdə folklor festivalının keçirilməsini yüksək qiymətləndirərək, Azərbaycanın digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də dünyanın lider ölkələrindən birinə çevrildiyini bildiriblər.

Daha sonra incəsənət ustaları müxtəlif rəqslər, milli oyunlar, saz və muğamlar ifa etməklə bir daha öz məharətlərini nümayiş etdiriblər.

Festival atəşfəşanlıqla sona yetib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR