Milli Azərbaycan Tarixi Muzeyində “Çexiya süleyman daşı” adlı sərgi açılacaq

Milli Azərbaycan Tarixi Muzeyində “Çexiya süleyman daşı” adlı sərgi açılacaq
# 28 may 2013 10:16 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Tarixi Muzeyi və Çexiya Milli Muzeyi tərəfindən təşkil olunmuş sərginin Bakıda nümayiş olunmasında Çexiya Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Praqadakı Azərbaycan Səfirliyinin köməklik göstəriblər.

Sərgidə süleyman daşı (qranat) Çexiya torpaqlarının mineroloji rəmzi kimi nümayiş etdiriləcək. Belə ki, Çexiya Respublikası Milli Muzeyinin kolleksiyalarından nadir zərgərlik nümunəsi olan 160 eksponat XIV- XX əsr Çexiya zərgərlərinin yüksək peşəkarlığını, zövqünü əyani surətdə nümayiş etdirəcək.

Sərgi Çexiya süleyman daşını Çexiya torpaqlarının mineroloji rəmzi kimi nümayiş etdirir. Milli Muzey çexiya süleyman daşını 1918-ci ildən başlayaraq toplayır və hazırda bu mineraldan düzəldilmiş ən böyük kolleksiyaya malikdir.

Tamaşaçılar Çexiya zərgərlik nümunələri, məişət əşyaları, qalantereya nümunələi və .s. bədii və tarixi-etnoqrafik materiallarla tanış olacaqlar.

Sərgidə nümayiş olunan ən qədim eksponat XIV əsrə aid edilən və Praqa Kilsəsindən götürülmüş yəşəm lövhədir; ən son eksponat - müasir Çexiya zərgərlərinin əl işi olan süleyman daşlı boyunbağıdır. Eksponatlar sırasında Çexiya süleyman daşı ilə bəzədilmiş barokko üslubunda qədəhlər, Madonnanın heykəli və rəsmləri, xalçalar, təsbehlər, qadın bəzək əşyaları, o cümlədən daraqlar, taclar, həmçinin yazı dəstləri, tənbəkilər mövcuddur. Çexiya süleyman daşından qızıl, gümüş, eləcə də, şüşə və mirvarilər əlavə etməklə nadir zərgərlik nümunələri yaradılmışdır ki, onların da şöhrəti bütün dünyaya yayılmışdır. Sərgidə təqdim olunan çoxsaylı rəsm əsərləri və fotolar Çexiya süleyman daşı ilə bağlı olan tarixi şəxsiyyətlər, şəhərləri əks etdirilər. Sərgidə nümayiş olunan eksponatlar sırasında təbii mineral olan süleyman daşı, o cümlədən onun növləri olan Çexiya süleyman daşı, ametist, yəşəm, gümüş filizi, eləcə də ustaların istifadə etdikləri alətlər nümayiş olunacaq.

Sərginin açılış mərasimində Çexiyanın mədəniyyət naziri Alena Xanakova və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR