Azərbaycanda yerli icra hakimiyyətləri və bələdiyyələr də elektron xidmətlər göstərəcək

Azərbaycanda yerli icra hakimiyyətləri və bələdiyyələr də elektron xidmətlər göstərəcək
# 06 may 2013 09:49 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu gün Qəbələdə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən gömrük işində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı «E-hökumət: Gömrük sahəsində innovasiyalar» mövzusunda V beynəlxalq elmi-praktik konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, bu portal vasitəsilə mərkəzləşmiş fəaliyyətin həyata keçirilməsi imkan verir ki, bütün dövlət orqanlarında mövcud olan müxtəlif informasiya məlumat bazaları bir yerdə birləşdirilərək vətəndaşların istifadəsinə verilsin.

E.Vəlizadə deyib ki, qarşıdakı mərhələlərdə yerli icra hakimiyyətləri və bələdiyyələr də elektron xidmətlərin göstərilməsinə başlayacaqlar: «Bu siyasət də davam etdirilir. Artıq planlaşdırılır ki, bu xidmətlərin yerli icra hakimiyyətləri səviyyələrində də həyata keçirilməsi təmin olunsun. Növbəti mərhələdə isə elektron xidmətlərin göstərilməsi bələdiyyələri də əhatə etməlidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR