Azərbaycan istehlak bazarı 9% artıb

Azərbaycan istehlak bazarı 9% artıb
# 30 dekabr 2013 12:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkənin istehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 23,6 mlrd. manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% artıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, pərakəndə ticarət və xidmət şəbəkələrində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcminin 94,1%-i özəl bölmənin fəaliyyəti sayəsində formalaşıb, bu bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən xidmətlərin həcmi 10% artaraq 22,2 mlrd. manat olub.

İstehlak bazarı üzrə real artımın 19,1%-i hüquqi şəxslərin, 80,9%-i fiziki şəxslərin təsərrüfat subyektlərində yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR