Rusiyada evin yanması nəticəsində 5-i azyaşlı uşaq olmaqla 6 nəfər yanaraq ölüb

Rusiyada evin yanması nəticəsində 5-i azyaşlı uşaq olmaqla 6 nəfər yanaraq ölüb
# 12 may 2013 00:02 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Krasnoyarsk vilayətinin Yelovoye kəndində birmərtəbəli ikimənzilli yaşayış evi yanıb. APA-nın xəbərinə görə, faciə nəticəsində 5-i uşaq olmaqla 6 nəfər yanaraq ölüb. Ölən uşaqlardan biri 1,5 yaşında qız, qalanları 2, 4, 6 və 7 yaşlarında oğlan uşaqlarıdır. Altıncı ölən adamın şəxsiyyəti müəyyənləşir.

Yanğın yerli vaxtla 01.00 radələrində (Bakı vaxtı ilə 22.00-da) başlayıb. Yanğınsöndürənlər gələn zaman yanğın artıq 200 kv.m. sahəni bürüyübmüş, yanğının qonşu tikililərə yayılması təhlükəsi yaranıb. Yanğın 23.07-də (Bakı vaxtı ilə 00.07-də) söndürülüb.

Ümumilikdə, evdə 11-i uşaq olmaqla 14 adamın olduğu ehtimal olunur. Hadisənin səbəbləri araşdırılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR