Türkiyə səfiri: “Azərbaycan dünyadan bu qədər sərmayəçi cəlb etməsə, bu iş alınmazdı”

Türkiyə səfiri: “Azərbaycan dünyadan bu qədər sərmayəçi cəlb etməsə, bu iş alınmazdı”
# 18 dekabr 2013 07:47 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. ““Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması münasibətilə öncə Azərbaycanı təbrik etmək lazımdır, çünki bu cür ehtiyatlara malik olan ölkə dünyadan bu qədər sərmayəçi cəlb etməsə, bu iş alınmazdı”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanmasını şərh edərkən deyib.

Səfir bildirib ki, bir çox ölkədən yüksək səviyyəli rəsmilərin bu münasibətlə Azərbaycana gəlməsi, həmin ölkələrlə, şirkətlərlə əməkdaşlıq qürurvericidir: “Türkiyə də bundan qürur duyur, çünki Bakı-Tiflis-Ceyhandan sonra biz bu layihəni də həyata keçirdik. Yalnız ehtiyatlara sahib olmaq kifayət etmir, onu bazara və istehlakçılara daşımaq lazımdır, bunun üçün də toplam 25 milyard dollarlıq sərmayə yatırıldı. Əsas o idi ki, siyasi iradə olsun. Artıq ticari qərar da qəbul olundu və 2018-ci ildə kəmər vasitəsilə təbii qaz Türkiyəyə, ordan isə Balkanlara və Avropaya nəql olunacaq. Bundan əlavə, Bakı-Tilfis-Qars, Azərbaycan, Gürcüstan və Türkiyənin energetika sistemləri birləşdirəcək layihələr də var. Düşünürəm ki, regionun potensialı yavaş-yavaş ortaya çıxarılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR