Misirin sabiq prezidenti Hüsni Mübarəkin həbsxanada ayağı sınıb

Misirin sabiq prezidenti Hüsni Mübarəkin həbsxanada ayağı sınıb
# 20 iyun 2014 04:56 (UTC +04:00)

Bakı-APA. Azadlıqdan məhrum edilmiş Misirin 86 yaşlı sabiq prezidenti Hüsni Mübarək hamam otağında sürüşərək yıxılıb, nəticədə onun omba sümüyü sınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, keçmiş prezidentin əməliyyat olunacağı gözlənilir.

Hüsni Mübarək hazırda Qahirə yaxınlığında hərbi hospitalda müalicə olunur. Bu ilin may ayında o büdcə vəsaitlərinin mənimsəmə ilə bağlı cinayət işi üzrə 3 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR