Azərbaycanda bankların mənfəəti 2,1 dəfə artıb

Azərbaycanda bankların mənfəəti 2,1 dəfə artıb
# 21 yanvar 2014 08:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2013-cü ilin yanvar-noyabr aylarında vergi ödənilənədək 355,76 mln. manat həcmində mənfəət qazanıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu, 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 187,58 mln. manat və ya 2,1 dəfə çoxdur.

Yanvar-noyabr aylarında bankların faiz gəlirləri 1 505,8 mln. manat, faiz xərcləri 748,5 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 757,3 mln. manata bərabər olub. Eyni zamanda bankların qeyri-faiz gəlirləri 389,5 mln. manat, qeyri-faiz xərcləri isə 651,0 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 251,5 mln. manat həcmində zərər yaranıb.

Qeyd edək ki, faiz mənfəəti illik müqayisədə 202,6 mln. manat və ya 36,5%, qeyri-faiz zərəri isə 53,8 mln. manat və ya 25,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR