ABŞ, Böyük Britaniya və Fransa liderləri İranın nüvə proqramını müzakirə ediblər

ABŞ, Böyük Britaniya və Fransa liderləri İranın nüvə proqramını müzakirə ediblər
# 14 noyabr 2013 10:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ, Böyük Britaniya və Fransa liderləri İranın nüvə proqramını müzakirə ediblər.

APA-nın İRİB-ə istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron arasında telefon danışığında İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrinə dəstək ifadə olunub.

Hər iki lider tərəflər arasında keçirilən müzakirələrdə heç bir razılaşma əldə olunmasına baxmayaraq, noyabrın 20-də Cenevrədə yenidən bir araya gəlməsinin mühüm irəliləyiş olduğunu bildiriblər. B.Obama və D.Kemeron həmçinin Suriya böhranını da müzakirə ediblər. Hər iki lider Suriyada kütləvi qırğın silahlarının məhvi və yığışdırılmasının labüd olduğunu, həmçinin Suriya probleminin dinc yolla həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan konfransı dəstəklədiklərini vurğulayıblar.

B.Obama Fransa prezidenti Fransua Ollandla da əsasən İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələri ilə bağlı fikir mübadiləsi aparıb. Hər iki lider əsasən İrana təqdim edilmiş təklif çərçivəsində müzakirələrin necə keçiriləcəyi ilə bağlı danışıqlar aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR