Azərbaycanda 19 nəfər əcnəbi narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycanda 19 nəfər əcnəbi narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib
# 21 iyun 2014 14:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu ilin 5 ayı ərzində Azərbaycanda 19 xarici ölkə vətəndaşı narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, cinayət məsuliyyətinə cəlb edilmiş xarici ölkə vətəndaşlarından 44 kq 447 qr narkotik vasitə və 2 kq 113 qr psixotrop maddə aşkarlanaraq müsadirə edilib.

Dövlət Sərhəd Xidməti isə bu il ərzində ölkəyə qanunsuz yollarla narkotik vasitələrin gətirilməsi cəhdi ilə bağlı 13 fakt aşkarlayıb. Bu 13 halın hamısı İrandan Azərbaycana narkotik vasitə keçirilməsinə cəhdlə bağlı olub. 13 fakt üzrə 97 kq 818 qr narkotik vasitə (10 kq 306 qr heroin, 35 kq 423 qr həşiş, 36 kq 842 qr tiryək, 15 kq 145 qr marixuana, 101,076 qr digərləri) qanunsuz dövriyyədən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR