«Albalı» kart sahiblərinə əlavə güzəştlər təqdim olunur

«Albalı» kart sahiblərinə əlavə güzəştlər təqdim olunur
# 06 dekabr 2013 14:23 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Unibank» ASC bu həftədən etibarən dekabrın sonunadək «Albalı» kart sahibləri üçün hər şənbə-bazar günləri tərəfdaş mağazalardan 3 və yuxarı taksili əməliyyatlara, «Unibank»dan əlavə 1 taksit də hədiyyə edəcək.

«APA-Economics»in məlumatına görə, ilin sonuna kimi hər bir «Albalı» kart sahibinin etdiyi alış-verişin müqabilində yeni il hədiyyəsi qazanmaq şansı da var. Hər 10 manatlıq alış-veriş, sahibinə pul mükafatları qazandıra bilər.

Qeyd edək ki, «Unibank» oktyabrın 24-dən dekabrın 31-dək «Albalı» kartınızla alış-veriş edin və qazanın» tirajlı stimullaşdırıcı lotereya da keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR