Azərbaycanın xarici işlər naziri Avropa Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Avropa Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
# 03 may 2014 09:20 (UTC +04:00)

APA-nın AŞ mətbuat xidmətinə istinadən xəbərinə görə, toplantı mayın 6-da Vyanada keçiriləcək.

Toplantıda AŞ-yə qonşu regionların siyasətinin müzakirəsi, demokratiya, insan haqları və qanunun aliliyi məsələləri müzakirə olunacaq. Görüş çərçivəsində E.Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi müddətindəki prioritetlərini açıqlayacaq.

Qeyd edək ki, Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi mayın 14-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR