Azərbaycanda 9 illik bazadan kolleclərdə təhsil almaq istəyən 25 minə qədər abituriyent sənəd verib

Azərbaycanda 9 illik bazadan kolleclərdə təhsil almaq istəyən 25 minə qədər abituriyent sənəd verib
# 02 avqust 2013 12:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu günə kimi 9 illik təhsil bazasından kolleclərə (texnikumlara) sənəd vermək istəyən 25 minə qədər abituriyent öz ərizələrini təqdim edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 9 illik ümumi təhsil bazasında kolleclərə (texnikumlara) qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbuluna iyulun 17-dən başlanılıb və bu proses avqustun 15-dək davam edəcək.

Kolleclərə qəbul qaydaları və elanı, qəbul aparılan təhsil müəssisələrinin siyahısı və ixtisasları, həmçinin digər zəruri məlumatlar 4 nömrəli “Abituriyent” jurnalında təqdim olunub. Bu il orta məktəblərin 9, 10 və 11-ci siniflərini bitirənlər, 2012-ci və 2013-cü illərdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrinin 9,10 və 11-ci siniflərini 2013-cü ildə bitirənlər öz ərizələrini özləri internet vasitəsilə təsdiq edəcəklər. Bu kateqoriyalara daxil olmayan abituriyentlər isə tələb olunan sənədləri Bakı şəhəri Nəsimi rayonu 42 nömrəli məktəbdə və ya TQDK-nın regional bölmələrində yaradılmış sənəd qəbulu komissiyalarında təsdiq etdirməlidirlər.

9 illik təhsil bazasından kolleclərə (texnikumlara) imtahan isə avqustun 25-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR