Sabah Azərbaycan İpoteka Fondu istiqraz emissiyasının daha bir tranşını satışa çıxaracaq

Sabah Azərbaycan İpoteka Fondu istiqraz emissiyasının daha bir tranşını satışa çıxaracaq
# 02 iyul 2013 09:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. İyulun 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının VI emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.


AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. İstiqrazlar 100,0583% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci il noyabrın 6-da icra olunacaq.


Qeyd edək ki, AİF-in altıncı emissiyasının ümumi həcmi 40 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, tədavül müddəti 10 il, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İstiqrazların yerləşdirilməsinə 2012-ci il dekabrın 28-də başlanılıb və indiyədək 34 mln. manat həcmində istiqraz yerləşdirilib.


Xatırladaq ki, bundan öncə yerləşdirilməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirilməsi 2010-cu il fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirilməsi 2011-ci il yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirilməsi 2011-ci il oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan, yerləşdirilməsinə 2012-ci ilin martın 15-də başlanan və həcmi 30 mln. manat olan AİF-in 5 istiqraz buraxılışı tam yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR