“Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr” mövzusunda konfrans keçiriləcək

“Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr” mövzusunda konfrans keçiriləcək
# 25 iyun 2014 11:29 (UTC +04:00)

Bakı-APA. «Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr» mövzusunda konfrans keçiriləcək.

Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, iyunun 27-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək konfrans MŞ və Milli Televiziya və Radio Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfrans “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Prezident sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunacaq.

Tədbirdə Azərbaycan mətbuatında, internet media məkanında dil xüsusiyyətlərinə, həmçinin müasir televiziya və radiolarda ana dilinin işlənilməsi məsələlərinə diqqət yetiriləcək, mövcud istiqamətlərdə müzakirə aparılacaq.

Konfransda MŞ İdarə Heyətinin üzvlərinin, MTRŞ rəhbərliyinin, kütləvi informasiya vasitələrinin baş redaktorlarının, dövlət rəsmilərinin iştirakı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR