“Akkord” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaq internat evində bayram tədbiri keçirib - FOTOSESSİYA

“Akkord” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaq internat evində bayram  tədbiri keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 31 may 2014 18:35 (UTC +04:00)

Bakı-APA. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilən tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 saylı uşaq internat evində olub. “Akkord”un mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 140 nəfər əqli və fiziki cəhətdən qüsurlu uşaqların yaşadığı bu internat evində yaşayan uşaqları ziyarət edən “Akkord” nümayəndələri uşaqlar üçün xüsusi gigiyenik vasitələr, ərzaq və şirniyyat məhsulları, oyuncaqlardan ibarət bayram sovqatı gətiriblər. Bundan başqa, korporasiyanın təşkilatçılığı ilə təmənnasız olaraq internat evinə gəlmiş musiqiçilər əvvəlcədən hazırlanmış gözəl konsert proqramı ilə uşaqları sevindiriblər.

Tədbirdə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Afaq Quliyeva çıxış edib. Uşaqları bayram münasibətilə təbrik edən xidmət rəhbəri bu uşaq evinin sakinlərinin “Akkord” kollektivi üzvlərinin hər bir bayram və əlamətdar gündə onları ziyarət etməyi ən vacib bir vəzifə kimi hiss etdiklərini bildirib.

Tədbirdə internat evinin direktoru Pərvanə Səfərova da çıxış edib. O “Akkord” Korporasiyası tərəfindən bu uşaq evinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib və internat məktəbinin hər bir sakininin bu diqqəti yüksək dəyərləndirdiyini qeyd edib.

Tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin bir qrup tələbəsi də iştirak edib.

Tədbirin sonunda bayram tortu kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR