Tanınmış türkiyəli məşqçi Bakıya gəlib

Tanınmış türkiyəli məşqçi Bakıya gəlib
# 16 aprel 2014 14:19 (UTC +04:00)

Bakı – APA. Türkiyəli məşqçi Samet Aybaba bu gün Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, tanınmış çalışdırıcının ölkəmizə “Rəvan”ın baş məşqçisi Güvənç Kurtar dəvət edib.

Aybaba ilə yanaşı hazırda Türkiyə Futbol Federasiyasında məşqçilik kurslarından dərs keçən İsmail Dilbər də Bakıya gəlib. Onlar bu gün ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində saat 19:00-da başlayacaq “Neftçi” – “Rəvan” matçını stadiondan izləyəcəklər.

Qeyd edək ki, Samet Aybabanın sonuncu klubu “Antalyaspor” olub. Ancaq bu komanda ötən ay “Çaykur Rizəspor”a 1:2 hesabı ilə yenildikdən sonra baş məşqçi istefaya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR