Bakıda yeni «Nar» Diler Mərkəzi açılıb - FOTO

Bakıda yeni «Nar» Diler Mərkəzi açılıb - <span style="color: red;">FOTO
# 27 noyabr 2013 09:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçilərin rahatlığını təmin etmək məqsədilə diler mərkəzləri şəbəkəsini genişləndirir. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi,24 ünvanında açılan yeni «Nar» Diler Mərkəzi xidmət göstərməyə başlayıb.

Yerləşdiyi ərazinin rahatlığı, göstərdiyi xidmətlərin keyfiyyəti və çeşidliliyi ilə diqqət çəkən yeni mərkəzin ərazisi 50 kv. metrdir. Beləliklə, «Nar Mobile» mobil operatorunun Bakı və Abşeron yarımadası ərazisində fəaliyyət göstərən diler mərkəzlərinin sayı artıq 46-ya çatıb.

«Müştərilərimizin məmnunluğu, xidmətlərin səviyyəsi, eləcə də mərkəzlərin rahat və əlverişli yerlərdə açılması kimi məqamlar bizim üçün çox vacib və önəmlidir. Bu səbəbdən, məhz bu ərazidə artıq 7-ci mərkəzi açmağa qərar verdik», - deyə «Nar Mobile»ın satış və xidmətlər üzrə baş müdiri Leyla Nəsrullayeva qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR