Qəbələ rayonunun Aydınqışlaq kəndində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və təkərləri yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.