Bank Of Baku

Naxçıvanda restoranda 29 yaşlı qadın bıçaqlanıb

Naxçıvanda restoranda 29 yaşlı qadın bıçaqlanıb
# 01 iyun 2024 23:59 (UTC +04:00)

Naxçıvan şəhərində 29 yaşlı qadın bıçaqlanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb.

Belə ki, yaranan insident zamanı həmin restoranda ofisiant kimi işləyən Beyləqan şəhər sakini, 1995-ci il təvəllüdlü Quliyeva Nərmin Musa qızı bıçaqlanıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəyə səbəb restoranda masaları toplamaq üstündə olub. Hadisəni törədən Karaca Burhan Mustafa Oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR