Kür çayı donub

Kür çayı donub
# 22 dekabr 2013 17:14 (UTC +04:00)

Bakı-APA. Kür çayının Türkiyənin Ardahan bölgəsindən keçən hissəsi donub.

APA TV-nin xəbərinə görə, bu ərazinin 189 km hissəsindən keçən Kür çayının donmasına səbəb Sibir ərazisindən gələn sərt şaxtalı havadır. Xüsusilə gecələr şaxtanın - 23 dərəcəyə qədər düşməsi səbəbindən çayın səthi buz tutub.

Hazırda buzun üstü uşaqlar üçün oyun sahəsi, gənc və yaşlı insanlar üçün isə gəzinti parkı olub.

Kür çayının uzunluğu 1515 km-dir. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək, Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR